7 Aprel - Azərbaycan və Ermənistan prezidentlərinin Ki-Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmadı. Hərçənd danışıqların təşkilatçısı olan Amerika Birləşmiş Ştatları Dövlət Departamenti nisbi irəliləyişin olması barədə bəyanatla çıxış etmişdi. Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyi barədə açıqlama versələr də, bu təşəbbüs də reallaşmadı.